Xəzər rayonunda 20 minlik silsilə soyğun

Xəzər rayonunda 20 minlik silsilə soyğun
17:55

Xəzər rayonu ərazisində silsilə talama hadisələri qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən News365.az-a bildirilib ki, naməlum şəxs rayon ərazisində yerləşən 5 ev və 2 sexdən pul, məişət əşyaları, elektrikli alətlər, həmçinin kombi aparatı oğurlayıb, nəticədə zərərçəkənlərə ümumilikdə 20 min manata yaxın maddi ziyan vurulub.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Ş.Abdullayev müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir hissəsini satdığı məlum olub.

Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada