Pizza qutularında təhlükəli maddə aşkar olundu

Pizza qutularında təhlükəli maddə aşkar olundu
22 Fev 2025 16:13

Pizza qutularında kanserogen maddələr aşkar olunub.

 

News365.az xəbər verir ki, mütəxəssislər tədqiq etdikləri hər 10 pizza qutusunun 9-da "Bisphenol A", 8-də isə "Bisphenol S" kimyəvi birləşmələrinə rast gəliblər.

 

Mütəxəssislər qeyd ediblər ki, pizzaları uzun müddət həmin qutularda  saxlamaq tövsiyə edilmir.


Qeyd edək ki, "Bisfenol A" (BPA) əsasən müxtəlif plastiklərin istehsalında istifadə edilən kimyəvi birləşmədir.

 

Ülkər Abdurahmanlı


Sizin reklam burada
Sizin reklam burada