İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri planlaşdırılır.
News365.az xəbər verir ki, bu sözləri bu gün İran xarici işlər nazirinin müavini Səid Xətibzadə “İrəvan dialoqu-2025” beynəlxalq konfransı çərçivəsində keçirdiyi brifinqdə deyib.
Xətibzadə bu həftə daha 5 rəsmi nümayəndə heyətinin Ermənistana səfər edəcəyini qeyd edərək, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ötən həftə İranda görüşlər keçirdiyini xatırladıb.
“İndi biz dövlət başçısının İrəvana səfərini planlaşdırırıq. İki paytaxt arasında siyasi məsləhətləşmələr aparılır və münasibətlərin iqtisadi sahəsinə gəlincə, onlar çox yüksək səviyyədədir və yaxın gələcəkdə, daşımalarda sıfır faiz dərəcəsi tətbiq edildikdə, iqtisadi əməkdaşlıq sürətlə inkişaf edəcək”, - o bildirib.