Pezeşkian internetin əvvəlki vəziyyətə qaytarılması barədə qərarı təsdiqləyib

Pezeşkian internetin əvvəlki vəziyyətə qaytarılması barədə qərarı təsdiqləyib
22:40

İran prezidenti internetin əvvəlki vəziyyətə qaytarılması barədə qərarı təsdiqləyib.

News365.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian internetin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı qərarı bu gün axşam Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə göndərib.

Məlumata əsasən, İran hökuməti bu gün səhər internetin 8 yanvar tarixindən əvvəlki vəziyyətə qaytarılmasını təsdiqləyib.

Qeyd edək ki, yanvar ayında baş verən hadisələrdən sonra təhlükəsizlik səbəbilə İranda beynəlxalq internet bağlantısı kəsilmiş, daha sonra internet əvvəlki vəziyyətinə qaytarılmışdı. 

Lakin ABŞ və İsrailin İrana qarşı hücumlarının 28 fevralda başlamasından sonra internet yenidən məhdudlaşdırılmışdı.


Sizin reklam burada
Sizin reklam burada