"Ukraynaya qarşı müharibədə rusların üstünlüyü olsa da, Kreml yeni və artan çətinliklərlə üzləşir. Bu isə əldə olunan uğur və nailiyyətlərin möhkəmləndirilməsini çətinləşdirir".
Bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin Bloomberg-ə müsahibəsində bildirib.
"Belə bir fikir var ki, Rusiyanın üstünlükləri və əlində bütün "kozırları" var. Əslində onun bəzi üstünlükləri var, lakin onlar tam dominantlıq etmirlər. Kreml əgər istədiyini əldə etsə, bu, gələcəkdə çox baha başa gələcək...", - ABŞ Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.
Ostin bildirib ki, prezident Donald Trampın yeni administrasiyasının həyata keçirə biləcəyi istənilən atəşkəs razılaşmasında bu detalın nəzərə alınması lazımdır.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural