Paşinyana əclaf deyən Solovyov qəzəbləndi - VİDEO

Paşinyana əclaf deyən Solovyov qəzəbləndi - VİDEO
12:35

Rusiyalı jurnalist, radikal fikirləri ilə seçilən Vladimir Solovyov Ermənistanın baş naziri Nikol Paşinyanı təhqir edib. O, “Solovyovla axşam” verilişində Erməni Apostol Kilsəsini və Ermənistanda saxlanılan məşhur iş adamı Karen Karapetyanı (Kremlə yaxınlığı ilə seçilir-red.)dəstəklədiyini bildirib. 

"Mənim yaxın dostum indi Ermənistanın tarixinə xəyanət edən, Qarabağı təslim edən, erməni tarixində olan bütün ziyarətgahlara xəyanət edən bir əclaf, satqın hökumət tərəfindən təqib olunur. Niyə bu türkpərəst əclaf (Nikol Paşinyanı nəzərdə tutur-red.) Karapetyana qarşı müharibəyə başladı? Ona görə ki, iş adamı Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxdı?", - Solovyov qəzəbli şəkildə danışıb.

Xatırladaq ki, polis idarəsinə aparılan məşhur iş adamı, "Taşir Group"un rəhbəri Samvel Karapetyan sonradan ibtidai istintaq orqanına təhvil verilib. Karapetyan Moskvaya bağlı iş adamı kimi tanınır. O, Paşinyana qarşı çıxıb. Baş nazir kilsə əleyhinə kampaniya aparsa da, Samvel bunun əksini nümayiş etdirərək Erməni Apostol Kilsəsini dəstəklədiyini göstərib. Biznesmen bəyanatında Paşinyanı hədələməkdən də çəkinməyib: "Kiçik bir qrup var ki, onlar Ermənistanın, erməni kilsəsinin "minillik" tarixini unudaraq, kilsəmizə, erməni xalqına hücum etdi. Mən həmişə erməni kilsəsinin və erməni xalqının tərəfində olmuşam. Əgər bu istiqamətdə siyasətçilər uğur qazanmasalar, biz kilsəyə qarşı kampaniyaya öz yolumuzla müdaxilə edəcəyik".


Maraqlıdır ki, Samvel Ermənistanda inqilab olduqdan sonra bu illər ərzində Paşinyanı dəstəkləmişdi. Yerli media yazır ki, o, Kremllə birbaşa əlaqəsi olan azsaylı iş adamlarından biridir. 


Tural


Sizin reklam burada
Sizin reklam burada