Paşinyan Rusiyaya bağlı məşhur biznesmeni həbsə atdı - FOTO

Paşinyan Rusiyaya bağlı məşhur biznesmeni həbsə atdı - FOTO
09:44

Ermənistanda siyasi həbslərlə yanaşı biznesmenlərə qarşı da təzyiqlər artmaqdadır. Bu barədə yerli media yazıb.

"ArmLur" nəşrinin yaydığı məlumata görə, gecə saatlarında polis idarəsinə aparılan məşhur iş adamı, "Taşir Group"un rəhbəri Samvel Karapetyan sonradan ibtidai istintaq orqanına təhvil verilib.

Yayılan xəbərlərdə o da vurğulanıb ki, Karapetyan hazırda İstintaq Komitəsindədir.

"Çox güman ki, yaxın vaxtlarda onun barəsində cinayət işi açılacaq", -nəşr yazıb.

İş adamının həbsinin hazırlanması siyasətçilər arasında da narazılığa səbəb olub. Erməni Milli Konqresinin rəhbəri Edmon Marukyan özünün Facebook səhifəsində yazıb: "Nikol, sən reallıq hissini itirmisən. Samvel təcili şəkildə azad et! Tələs!".

Qeyd edək ki, Karapetyan Moskvaya bağlı iş adamı kimi tanınır. O, Paşinyana qarşı çıxıb. Baş nazir kilsə əleyhinə kampaniya aparsa da, Samvel bunun əksini nümayiş etdirərək Erməni Apostol Kilsəsini dəstəklədiyini göstərib. Biznesmen bəyanatında Paşinyanı hədələməkdən də çəkinməyib: "Kiçik bir qrup var ki, onlar Ermənistanın, erməni kilsəsinin "minillik" tarixini unudaraq, kilsəmizə, erməni xalqına hücum etdi. Mən həmişə erməni kilsəsinin və erməni xalqının tərəfində olmuşam. Əgər bu istiqamətdə siyasətçilər uğur qazanmasalar, biz kilsəyə qarşı kampaniyaya öz yolumuzla müdaxilə edəcəyik".

Maraqlıdır ki, Samvel Ermənistanda inqilab olduqdan sonra bu illər ərzində Paşinyanı dəstəkləmişdi. Yerli media yazır ki, o, Kremllə birbaşa əlaqəsi olan azsaylı iş adamlarından biridir. 

Tural


Sizin reklam burada
Sizin reklam burada