"Paşinyan ordusuna nəzarət etməlidir, əks halda..."- Politoloqdan şərh

"Paşinyan ordusuna nəzarət etməlidir, əks halda..."- Politoloqdan şərh
13:07

"Paşinyan ordusuna nəzarət etməlidir, əks halda daha ciddi problemlər yarana bilər"

Politoloq Əli Mustafa bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Bu hadisə bir təsadüf deyil. Ola bilər ki, ermənilər doğrudan da bölgədə gərginliyi artırmaqda maraqlıdırlar – halbuki, əslində belə bir maraqları olmamalıdır. Bildiyim qədərilə, atəşkəsi pozan tərəf artıq onlardır – xüsusilə də Çəmərçəyin istiqamətindən. Yəqin ki, bu vəziyyəti əsaslandırmaq üçün müəyyən bəhanələr irəli sürürlər.

Amma bir məsələ qətidir: Azərbaycanın ordusu heç vaxt mülki insanlara qarşı müharibə aparmayıb və aparmayacaq. Bu, bizim hərbi və siyasi prinsipimizdir. Ona görə də belə iddiaları dərhal və qəti şəkildə təkzib etmək lazımdır.

Əslində, bu gün Ermənistanla aramızda fundamental bir problem yoxdur. İddialarımız artıq diplomatik müstəvidə müzakirə olunur və prinsiplər əsasında öz həllini tapır. Azərbaycanın bu mərhələdə hər hansı bir təxribat törətməyə, xüsusilə mülki əhaliyə qarşı hərəkət etməyə heç bir ehtiyacı yoxdur. Bu, nə ordumuzun təbiətinə uyğundur, nə də dövlətimizin maraqlarına.

Fikrimcə, bu cür iddiaları qəti şəkildə pisləmək və təkzib etmək zəruridir. Mən bilmirəm, Paşinyan öz ordusuna nə dərəcədə nəzarət edir. Amma bu cür halların baş verməsi onun üçün də arzuolunan deyil. Ola bilsin ki, orduda fərqli mövqedə olan, Azərbaycanla gərginliyin davam etməsində maraqlı olan qüvvələr var. Bu, tamamilə mümkündür.

Paşinyanın ordusuna tam nəzarət etməsi vacibdir. Əks təqdirdə, bu cür təxribatlar daha böyük gərginliklərə, regional sabitliyi təhlükə altına alan yeni problemlərə yol aça bilər."


Sizin reklam burada
Sizin reklam burada