Paşinyan niyə 16 maddəlik sülh müqaviləsini imzalamağa tələsir?

Paşinyan niyə 16 maddəlik sülh müqaviləsini imzalamağa tələsir?
10:57

Ermənistan deyir ki, sülh müqaviləsində 19 maddə var: 16-sı razılaşdırılıb, 3-ü yox. Bəs razılaşdırılmayan bəndləri sülh sənədinə niyə daxil edir?


News365.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.


O, İrəvanın bu məsələdə mövqeyinin birmənalı olmadığını qeyd edib:


“Ermənistan əvvəl müqavilə mətninin hazırlanma forması ilə razılaşır, sonra isə razılaşdırılmamış maddələrin olduğunu deyir. Hətta sadəcə razılaşdırılmış detallarla sülh sənədini imzalamağı təklif edir. Axı bu baş verərsə, imzalanan müqavilə tamamilə başqa bir sənəd olacaq. Yəni mövcud vəziyyətdə Azərbaycan formal olaraq haqlıdır. Nəzərə alaq ki, həmin sənəd onsuz da Bakı və İrəvan arasında aparılan danışıqlar əsasında hazırlanıb”.


Tarasov Ermənistanın sənədi imzalamağı niyə gecikdirdiyi məsələsinə toxunub:


“Azərbaycan müharibədə qələbə qazandı, indi bunu hüquqi baxımdan rəsmi səviyyədə təsdiq etməlidir. Sülh müqaviləsinin tam halına imza atması Ermənistan üçün kapitulyasiyanın rəsmən qəbulu deməkdir. Baş nazir Nikol Paşinyan buna görə 16 maddənin imzalanmasında israr edir.


Ümumiyyətlə, dəhlizlə bağlı məsələ sadəcə sekulyasiyadır. Bakı bu mövzunun sənəddən çıxarıldığını açıqlayıb, yəni gecikməyə səbəb deyil. İrəvan sadəcə demaqogiya ilə məşğuldur. Ümumiyyətlə, Ermənistan müharibəni uduzmamalı idi. İndi Azərbaycan qalib tərəf kimi istədiyini tələb edə bilir”.


Youtube kanalımız

Oxşar xəbərlər