"Paşinyan istənilən raketdən daha dağıdıcıdır!" -Qalstyan

"Paşinyan istənilən raketdən daha dağıdıcıdır!" -Qalstyan
11:33

İranın İsrail və ABŞ tərəfindən vurulması Ermənistanda birmənalı qarşılanmır. Əksər ekspertlər və yerli media İrəvanın yaxın dostunun darda olmasından gileylənirlər. Bəzən isə belə bir ciddi regional problemə fərqli yöndən yanaşanlar da olur.

Məsələn,  erməni ictimai xadim, 24News-un rəhbəri Narek Qalstyan Facebook-da paylaşım edərək deyib ki, hazırda erməni xalqı üçün əsas problem qonşusunda baş verənlər deyil, daxildə cərəyan edən təhlükəli hadisələr olmalıdır. O, baş nazir Nikol Paşinyanın fotosunu paylaşaraq yazıb:  


"Bu adam dövlətimizin milli təhlükəsizliyinə əsas təhdiddir. Bir neçə dəqiqə əvvəl cənub qonşumuz İran ABŞ bazalarına raket zərbələri endirərkən, baş nazir hələ də Erməni Apostol Kilsəsinə aludə olmuşdu. (Paşinyan növbəti dəfə kilsə rəhbərinə qarşı status paylaşıb-red.)Bu adam istənilən Türkiyə və Azərbaycan raketindən yüz dəfə daha təhlükəli və dağıdıcıdır. O, bu raketlərə bələdçi rolunu öz üzərinə götürüb",- Qalstyan deyib.

Tural


Sizin reklam burada
Sizin reklam burada