Ermənistanda
hakimiyyətlə-kilsə arasında sonuncu raund döyüş başladı. Bu döyüşün qalibini
kimin güclü tərəf olmasından çox, cəmiyyətin kimin tərəfində dayanması müəyyən
edəcək. Son döyüş təkçə Ermənistan daxilində qüvvələr bölgüsünü yenidən
müəyyən etməyəcək, bu döyüş bu ölkənin hansı istiqamətdə irəliləyəcəyini müəyyən
edəcək. Artıq hakimiyyətlə-kilsə arasında təmaslar diplomatik etiketdən verbal
işarələrə keçib.
Qarabağ
klanı, ordu və kilsə arasında uzun illər dərin əməkdaşlıq formalaşmışdı.
Koçaryan və Sarkisyan hakimiyyətlərini uzun illər ərzində bir tərəfdə ordu, digər
tərəfdə kilsə sahəsində qoruyub saxlaya bilmişdi.
Nikol
Paşinyanın rəhbərliyi ilə başlayan siyasi dalğa Koçaryanla, Sarkisyanı və
onlara bağlı Qarabağ klanını vurub sahilə atmağı bacardı.
44 günlük Vətən
müharibısi və 23 saatlıq xüsusi əməliyyat işğal dönəmindən formalaşmış güclü
ordu mifini dağıtdı, bunun nəticəsində Paşinyan ordunu tam nəzarətə almağı
bacardı.
Bu üçlüyün ən
sonuncu halqası kilsədir. Digər iki halqadan fərqli olaraq kilsə daha güclü və
sistemləşmiş görsənirdi. Ona görə həm daxildə olan bəzi qüvvələr, həm kənarda
olan diaspora son şans olaraq bütün stavkaları kilsəyə qoymağa başladılar.(https://www.facebook.com/share/p/1AuYS5ovf1/)
Paralel
olaraq Ermənistanda marağı olan və burada öz təsir imkanlarını saxlamağa
çalışan dairələrdə kilsə üzərindəm Paşinyan və komandasının üzərinə gedirdi.
Bu son döyüş
ciddi dönüş nöqtəsi olacaq.Əgər Paşinyan bu döyüşdən qalib çıxarsa 2026-cı il
seçkilərinə daha güclü formada gedəcək.
Aqil Məmmədov, ekspert