İran xarici siyasətində yeni mərhələyə qədəm qoyur — avqustun 12-də İran və Ermənistan arasında yüksək səviyyəli məsləhətləşmələr keçiriləcək.
News365.az-ın məlumatına görə, bu görüşlərdə əsas mövzular Cənubi Qafqazda sülh prosesində son inkişaflar və regional sabitliyin təminatı olacaq.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri bildiriblər ki, Tehran həm Azərbaycan, həm də Ermənistanla dostluq və mehriban qonşuluq əlaqələrini prioritet hesab edir. Buna görə də İran, regionda davamlı sülhün təmin olunması məqsədilə imzalanacaq sülh sazişini dəstəkləyir.
Məsləhətləşmələr zamanı İran tərəfi öz narahatlıqlarını və mövqeyini Ermənistan rəsmiləri ilə bölüşəcək, regionun təhlükəsizliyi və əməkdaşlığının gücləndirilməsi üçün konkret addımlar müzakirə olunacaq.
Bu görüşlərin Cənubi Qafqazda geosiyasi tarazlığın yeni formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilir.
News365.az