"İranın yollarla bağlı narahatlığı var, amma münasibətlərdə yumşaqlıq görünür"- İlham İsmayıl

"İranın yollarla bağlı narahatlığı var, amma münasibətlərdə yumşaqlıq görünür"- İlham İsmayıl
14:30

"İranın yollarla bağlı narahatlığı var, amma münasibətlərdə yumşaqlıq görünür"

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl News365.az-a açıqlamasında İranın Ermənistan-Azərbaycan münasibətlərində yol məsələsinə xüsusi diqqət yetirdiyini bildirib.

Onun sözlərinə görə, İran Xarici İşlər Nazirliyinin rəsmilərinin dilində müəyyən yumşaqlıq müşahidə olunsa da, yüksək səviyyəli müşavir və keçmiş səfirin fikirlərində daha sərt tərz var:

"İranın bəzi nüfuzlu şəxsləri bu məsələni "Amerikalılar üçün qəbristanlıq olacaq" kimi ifadələrlə səsləndirirlər. Bu, İran daxilindəki reformist və fundamentalist qanadların mövqelərinin fərqli olduğunu göstərir. Hər iki tərəf bir-biri ilə bəzən ziddiyyətli olsa da, ümumi hakimiyyət daxilində ortaq mövqelər də mövcuddur," — ekspert vurğulayıb.

İlham İsmayıl əlavə edib ki, İran üçün yeni yol xəttinin açılması "qırmızı xətt" kimi qəbul edilir və bu məsələ Tehran tərəfindən ciddi narahatlıqla qarşılanır:

"İran bu yolun Ermənistana və onun müttəfiqlərinə strateji üstünlük verməsindən ehtiyatlanır. Bu baxımdan münasibətlərin normallaşması müsbət hal olsa da, yol məsələsində Tehran öz mövqeyini dəyişmir," — deyə o bildirib.

Ekspertin sözlərinə görə, bu vəziyyət İranın regiondakı mövqeyinə və strateji maraqlarına görə formalaşıb və bundan sonra da diqqətlə izlənəcək


Sizin reklam burada
Sizin reklam burada