CODECO və ADF qruplaşmaları 9 mülki şəxsi öldürüb

CODECO və ADF qruplaşmaları 9 mülki şəxsi öldürüb
19:15

Konqo Demokratik Respublikasının şimal-şərqində yerləşən Ituri əyalətində silahlı hücumlar baş verib.

News365.az xəbər verir ki, hücumlar CODECO (Kooperativ for the Development of the Congo) və ADF (Allied Democratic Forces) qruplaşmaları tərəfindən həyata keçirilib.

İki gün ərzində Djugu və Irumu bölgələrində baş verən silahlı basqınlar nəticəsində 9 mülki şəxs həyatını itirib. Hücumların bölgədə onsuz da gərgin olan təhlükəsizlik vəziyyətini daha da pisləşdirdiyi bildirilir.


Sizin reklam burada
Sizin reklam burada