Çanaqqalada yanğın geniş əraziyə yayılıb.
News365.az xəbər verir ki, müvəqqəti bağlanan hava limanı uçuşları bərpa olunub, həmçinin Çanaqqala Boğazı hər iki istiqamətdə gəmi hərəkətinə açılıb.
Fəlakət bölgəsindən indiyədək 2090 nəfər quru və dəniz yolu ilə təhlükəsiz ərazilərə təxliyə edilib. Yanğından təsirlənərək zəhərlənən 77 nəfər isə xəstəxanaya yerləşdirilib.
Manisa vilayətində baş verən yanğınla əlaqədar isə 1 nəfər saxlanılıb. Yanğınların qarşısının alınması və fəsadların azaldılması üçün tədbirlər davam etdirilir.