Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verilib.
News365.az-ın məlumatına görə, bu qərar xanım hakimin öz müraciəti əsasında qəbul olunub.
A.Paşayeva ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçəcəyini bildirib. Bu səbəbdən vəzifədən getmək üçün ərizə təqdim edib. Məhkəmə-Hüquq Şurası ərizəni təsdiqləyib.
Qeyd edək ki, Adilə Paşayeva həm də Sabunçu Rayon Məhkəməsinin spiker hakimi vəzifəsini icra edirdi.