Parlamentdə dəyirmi masa olacaq

Parlamentdə dəyirmi masa olacaq
10:15

Milli Məclisin payız sessiyası müddətində insan hüquqları ilə bağlı qabaqcıl beynəlxalq təcrübə əsasında dəyirmi masa keçiriləcək.

News365.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci il payız sessiyasının iş planında öz əksini tapıb.

Dəyirmi masa “Rəqəmsal suverenlik, informasiya suverenliyi və insan hüquqları” mövzusunda təşkil olunacaq.

Eyni zamanda, “Vəkillik institutu-vətəndaşların insan hüquqlarının təmin edilməsi və beynəlxalq standartların tətbiqi mexanizmlərinin təkmilləşməsində yeri və rolu” mövzusunda da dəyirmi masanın keçirilməsi planlaşdırılır.

“Beynəlxalq məhkəmə və hüquq institutlarının fəaliyyətində yeni tendensiyalar, perspektivlər- Azərbaycandan baxış” mövzusunda dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, “Böyük Qayıdış”la bağlı Azərbaycanın yeganə təcrübəsi” mövzusunda beynəlxalq İnsan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə müzakirənin təşkil edilməsi planlaşdırılır.


Sizin reklam burada
Sizin reklam burada