Pakistanın Bakıdakı səfiri Qasım Mohiuddin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı müraciətinin Hindistan tərəfindən bloklanması xəbərlərindən sonra ölkəmizə dəstək ifadə edib.
News365.az xəbər verir ki, səfir bu barədə özünün “X” hesabında paylaşım edib.
“Modi rejiminin izlədiyi siyasət təkcə Cənubi Asiya üçün yox, həm də Qafqaz və digər bölgələr üçün də təhdiddir. Heç bir şey Pakistan-Azərbaycan qardaşlığını poza bilməz” səfir qeyd edib.
Qeyd edək ki, Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüklə bağlı müraciətini bloklayıb.