Özünü ölü kimi göstərməklə dəhşətli qırğından sağ çıxdı - FOTO

Özünü ölü kimi göstərməklə dəhşətli qırğından sağ çıxdı - FOTO
28 May 2025 11:30

Xəbər verdiyimiz kimi Rusiyada xeyli sayda yeniyetmənin ölümü və yaralanması ilə nəticələnən cinayət hadisəsi baş verib. Baza Telegram kanalının yaydığı məlumata görə, Baykalskda ad günü mərasimi zamanı baş verən bu qırğının qurbanlarıdan biri olan 15 yaşlı qız hiylə işlətməklə sağ qala bilib. O, özünü ölü kimi göstərdiyi üçün hücumdan sağ çıxıb.

"Baykalskda 17 yaşlı oğlanın 4 yeniyetməni bıçaqlayıb öldürdüyü ad günü şənliyinin iştirakçılarından biri özünü ölü kimi göstərərək təcavüzkarın əlindən qaça bilib. Oğlan onu bıçaqlayaraq başqa otağa keçib, qız isə evdən çıxa bilib və qonşuların yanına qaçıb, onlar polisə müraciət ediblər", - nəşr yazıb.

Məclisin digər 14 yaşlı iştirakçısı isə evdə törədilən yanğın və partlayışdan əvvəl, cani artıq qazı açarkən qaça bilib. Telegram kanalının məlumatına görə, qətliamın səbəbi qızların cinsi əlaqədən imtinası olub. İddialara görə, gənc məktəbli qızlardan birinə sataşmağa başlayıb, lakin o buna icazə verməyib. Cinayətkar qızın müdafiəsinə qalxan yeniyetmələrə dəftərxana bıçağı ilə hücum edib.

Qeyd edək ki, gecə bir qrup yeniyetmə bağ evlərindən birində ad günü məclisinə toplaşıblarmış. Onlardan biri həmyaşıdlarından dördünü bıçaqla öldürüb, daha dörd nəfər isə xəstəxanaya yerləşdirilib. Ağır cinayətdən sonra qatil olduğu iddia edilən şəxs daçanı yandırıb və yanğında özü də ölüb. Məlumata görə, o polisin evə yaxınlaşdığını görəndən sonra bu addımı atıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada