“Özbəkistanla münasibətlərimizi yüksək səviyyəyə qaldıra bilmişik“ - Millət Vəkili

“Özbəkistanla münasibətlərimizi yüksək səviyyəyə qaldıra bilmişik“ -  Millət Vəkili
24 Apr 2024 12:23

"Bu gün liderlər Ağdama gedəcək. Bu Türkdilli dövlətlərin həm iqtisadi, siyasi həm humanitar bağlılıqlarının nə qədər güclənməsindən xəbər verir".

News365.az xəbər verir ki bu sözləri Millət Vəkili Sevil Mikayılova deyib. 

"Biz son bir ilə baxsaq Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında olan yüksək səviyyəli səfərlərin təqviminə bunlar kifayət qədər zəngin olduğunu görərik. Düşünürəm ki, bu gün Azərbaycan və Qırğızıstan arasında yüksək səviyyəli dövlət şurasının yaradılmasının özü də münasibətlərimizin daha üst səviyyəyə qaldırmaq üçün hər iki dövlətin rəyinin olduğunu göstərir. İqtisadi münasibətlərimizin daha da dərinləşdirilməsi nəticə etibarı ilə Mərkəzi Asiya və Azərbaycan arasındakı münasibətlərin də irəliyə aparılmasında mühüm bir töhfə olacaqdır. Biz Özbəkistan, Qazaxıstanla münasibətlərimizi, eyni zamanda Türmənistanla münasibətlərimizi də bacardığımız qədər yüksək səviyyəyə qaldıra bilmişik. Bu gün artıq kommunikasiya xəttlərinin alternativ yolların yaradılması gündəmdə olduğu bir dönəmdə, məhz bu cür xoş münasibətlərin olması təbii ki, yeni kommunikasiya xəttlərinin yaradılmasına gətirib çıxaracaqdır"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər