Ötən il Ermənistanda 30 hərbçi ölüb

Ötən il Ermənistanda 30 hərbçi ölüb
13:50

2025-ci ildə Ermənistan ordusunun 30 hərbi qulluqçusu ölüb.

News365.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu müdafiə naziri Suren Papikyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

    Nazirin sözlərinə görə, onlardan 24-ü hərbi xidmətlə bağlı olmayan səbəblərdən, 6 nəfəri isə xidmətlə əlaqədar ölüb.

    Ölüm səbəblərinə ildırım vurması, elektrik cərəyanı, intihar və sağlamlıq problemləri daxildir.

    “Fərdi münasibətlərdə qətl halları qeydə alınmayıb”, - Papikyan qeyd edib.

    Papikyan ordunun siyasi proseslərdə iştirakına da münasibət bildirib. O, bunu istisna edib.


    Sizin reklam burada
    Sizin reklam burada