Bəzən digər səbəblər, bəzən də səhitimiz oruc tutmağa imkan vermir. Bu hallarda nə etmək lazımdır?
News365.az-ın qonağı olan İlhaiyyatçı Tural İrfan bu suala cavab verib.
İlahiyatçı təəssüflə qeyd edib ki, müasir dövrdə din adamları Ramazan ayını təkcə
oruc tutmaqla bağlayır. Bu ayın mahiyətinin təkcə oruc tutmaqdan ibarət
olmadığını vurğulayan Tural İrfan əlavə edib:
“Oruc tutmaq vacibdir. Lakin bəzi istisnalar var. Qurani-Kərimdə Allah buyurur
ki, Allah heç kəsi bacarddığından artıq yükləməz. Quranın Bəqərə sürəsində oruc
tutmaqdan üzürlü hesab olunan şəxslər aydın şəkildə göstərilib. Səfərdə olanlar
və xəstələr oruc tumaqdan azaddırlar. Bu şəxslər fidyə verə bilər və yaxud
daha sonra orucun qəzasını tuta bilərlər. Buna görə narahatlıq keçirməyə dəyməz”.
İlahiyyatçı
onu da qeyd edib ki, bəzli hallarda oruc tutmaq haram buyurulub:
“Qurani-Kərimdə buyurulur ki, bilərəkdən özünüzü təhlükəyə atmayın. Əgər insan
bilirsə ki, onun tutduğu oruc ölümünə səbəb ola bilər, onun xəstəliyini şitddətləndirə
bilər. Bu halda onun tutduğu oruc qəbul edilmir. Çünki insan öz cisminə zülm
etməməlidir. İnsan ibadətdən zövq almalıdır. Odur ki, müxtəlif səbəblərdən oruc
tuta bilməyən şəxslər narahat olmalı deyilllər. Digər xeyirxah əməllərlə bunu əvəzləyə
bilərlər”.