Mbappe "Benfika" ilə oyununun iştirak ərizəsinə salınmadı - SƏBƏB

Mbappe "Benfika" ilə oyununun iştirak ərizəsinə salınmadı - SƏBƏB
17:03

"Real Madrid"in fransalı ulduzu Kilian Mbappe UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək cavab qarşılaşmasında "Kral klubu"na kömək edə bilməyəcək.

News365.az xəbər verir ki, hücumçunun adı qarşıdakı matç üçün iştirak ərizəsinə daxil edilməyib. Buna səbəb kimi futbolçunun diz nahiyəsində hiss etdiyi ağrılar göstərilir.

Qeyd edək ki, "Real Madrid" - "Benfika" qarşılaşması bu axşam saat 00:00-da start götürəcək. Xatırladaq ki, tərəflər arasındakı ilk duel "Los Blancos"un 1:0 hesablı minimal qələbəsi ilə yekunlaşmışdı.


Sizin reklam burada
Sizin reklam burada