Ölkəsinin ilk qadın prezidenti oldu

Ölkəsinin ilk qadın prezidenti oldu
13:16

Cənubi Afrika ölkəsi Namibiyada noyabrın 27-də keçirilən ümumi seçkilərdə səsvermə bülletenlərin yetərli olmaması və seçicilərin qeydiyyatı üçün istifadə edilən planşetlərdə nasazlıqlar səbəbindən ölkənin bəzi bölgələrində noyabrın 30-na keçən gecəyə qədər davam edib. 

News365.az xəbər verir ki, SWAPO-nun namizədi Nandi-Ndaitva 57,6 faiz səs toplayıb. 

Beləliklə, hazırkı vitse-prezident Nandi-Ndaitvah Namibiyanın ilk qadın prezidenti olub. 

Nandi-Ndaitvanın ən yaxın rəqibi, Dəyişiklik Uğrunda Müstəqil Vətənpərvərlər (IPC) partiyasının namizədi Panduleni Itula 26 faiz, əsas müxalifət partiyası olan Xalq Demokratik Hərəkatının (PDM) namizədi MakHenri Venaani isə 5 faiz səs toplayıb.


Youtube kanalımız