Donald Tramp onu da bildirib ki, NATO ölkələri Hörmüz boğazı məsələsində ABŞ-a yardım göstərmək niyyətindədir.
ABŞ İranı dənizdə tam blokadaya alacaq.
Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”-a müsahibəsində bildirib.
ABŞ Prezidenti deyib ki, bu, əvvəllər Venesuelaya qarşı görülən tədbirlərə bənzəyəcək, lakin daha geniş miqyasda olacaq.
Donald Tramp İslamabadda Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında keçirilən danışıqlara da toxunub: “Mən komandama dedim ki, bütün tələblərimizin 90% yox, 95% yox, hamısının yerinə yetirilməsini istəyirəm və iranlıların əlində heç bir təsir rıçağı yoxdur. İran yenidən danışıqlar masasına qayıdacaq və ABŞ-ın bütün tələblərini qəbul edəcək”.
Donald Tramp onu da bildirib ki, NATO ölkələri Hörmüz boğazı məsələsində ABŞ-a yardım göstərmək niyyətindədir.