İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının bağlanması ilə bağlı açıqlamasına münasibət bildirib.
News365.az xəbər verir ki, SEPAH-ın bəyanatı “X” sosial media platformasında yayımlanıb.
“Bütün hərəkətlər Hörmüz boğazında silahlı qüvvələrin tam nəzarəti altındadır. İstənilən yanlış hərəkət düşməni boğazın ölümcül burulğanlarına çəkəcək”, - açıqlamada deyilir.