Tovuz rayonunda yanğın hadisəsi baş verib.
Hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini Mərdan Əsədova məxsus, ümumi sahəsi 220 kvadratmetr olan iki mərtəbəli fərdi yaşayış evinin təxminən 80 kvadratmetr hissəsi – dam örtüyü və yanar konstruksiyalar, həmçinin ev əşyaları ilə birlikdə yanıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Yanğın zamanı evdə köməksiz vəziyyətdə qalan yaşlı kişi xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.