Braziliyada maraqlı hadisə baş verib. Oğru quldurluq edən zaman təsadüfən öz ayağına atəş açıb. Bu barədə Need To Know portalı məlumat yayıb.
"Keçən həftə üç naməlum şəxs Belo-Horizontedəki geyim mağazasına yaxınlaşıb. Binaya daxil olan silahlı şəxslər satıcını silah gücünə ram ediblər və girişdə dayanmış gümüşü rəngdə olan avtomobilə əşyalar yükləməyə başlayıblar. Quldurluq əməliyyatının sonuna yaxın soyğunçulardan biri təsadüfən özünü ayağından vurub. Təhlükəsizlik kamerasına düşən görüntülərdə onun silahı paltarına qoymağa çalışması görünür. Gözlənilmədən əli tətiyə dəyir silahdan atəş açılır və yerdə qan ləkələri görünür. Kişi qasıq nahiyəsini yoxlayır və çətinliklə mağazadan çıxıb qaçır",- nəşr yazıb.
Tural