Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu ərazisində yerləşən məşhur “Şuşa” restoranı və ətrafındakı bir sıra obyektlər sökülür.
News365.az xəbər verir ki, həmin ərazidə yerləşən “Green cafe”, “Bakı restoranı”, “Ciyərxana” kimi obyektlər də söküləcək.
Nərimanov RİH-dən bu barədə sorğumuza cavab olaraq bildirilib ki, bu, onların səlahiyyətində deyil.
Maraqlıdır ki, “Şuşa” restoranının sökülməsi haqda məlumatı Nərimanov RİH yaymışdı. Görünür, parkın yarısı Nərimanov İH-in “səlahiyyətinə” aiddir, yarısı yox!
Xatırladaq ki, ötən gün Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumatda “Şuşa” restoranının ərazisinin park statusu daşıdığı, buna görə restoranın söküldüyü bildirilmişdi.