İlqar Mustafayevin həbs müddəti uzadıldı

İlqar Mustafayevin həbs müddəti uzadıldı
09 Yan 2025 17:02

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin cinayət işi üzrə 4 aylıq ilkin araşdırma müddəti kifayət etməyib.

News365.az-ın məlumatına görə, sözügedən səbəbdən prokuror məhkəməyə təqdimat verib.

Təqdimatda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin daha bir neçə ay uzadılması istənilib. Məhkəmə təqdimatı təmin edib.

Qərara əsasən, İlqar Mustafayevin həbs müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, İ. Mustafayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2 milyondan çox mənimsəmədə ittiham edilir.


Youtube kanalımız