“O gəlin gedəndə fikirdən sarılıq olmuşdum“

“O gəlin gedəndə fikirdən sarılıq olmuşdum“
16 Apr 2024 09:59

Müğənni Mətanət Əsədova "7 Tamam" verilişində qonaq olub.

Proqram zamanı verilişə sənətçinin bacısı Səfayə xanım zəng edib. Müğənni onunla bağlı maraqlı məqamlara toxunub:

"Ən böyük bacım Səfayə xanım 5 yaşım olanda ailə qurub. O gəlin gedəndə mən fikirdən sarılıq olmuşdum. Elə bilmişəm ki, anam odur. Bizim çox qayğımıza qalıb. Rayonda yaşayırdıq, şəhərdən də həkimlər gəldi, amma məni sağalda bilmədilər. Toydan 3 gün sonra bacımın yanına getmişəm, onu qucaqlayıb, qoxulamışam və sağalmışam. Uşaq vaxtımdan mən belə həssasam, fikir edirəm".


Youtube kanalımız

Oxşar xəbərlər