Məşhur aktyor həbs olunur?

Məşhur aktyor həbs olunur?
29 Apr 2024 13:06

Məşhur fransız aktyor Gerard Depardye həbs oluna bilər. News365.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Qeyd edilir ki, o artıq  dindirilmək üçün Paris polisinə çağırılıb.

Telekanal həmçinin Depardyenin həbsə düşə biləcəyini açıqlayıb. Çünki aktyor iki qadına qarşı cinsi zorakılıqda ittiham olunur.

Qeyd edilir ki, dindirmə zamanı müzakirə olunan hadisələr 2014-cü ildə Jean-Pierre Mokinin “Sehrbaz və Siamlılar” filminin çəkiliş meydançasında və 2021-ci ildə Jan Bekkerin “Yaşıl Panjurlar” filminin çəkiliş meydançasında baş verib.  Jerar Depardye ittihamları rədd edib.

Xatırladaq ki, ispan jurnalist Rut Basa da Depardyedən şikayət etmişdi.  O, 1995-ci ildə aktyorun ona qarşı nalayiq davranışlar sərgiləməsini iddia edib. O zaman jurnalistin 23 yaşı olub və Depardyedən müsahibə almışdı.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər