Novruzla əl-ələ, istiqamət Qəbələ!

Novruzla əl-ələ, istiqamət Qəbələ!
11 Mar 2025 16:36

“Azərbaycan Dəmir Yolları” QSC Novruz bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə 20-31 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. 

Qurumdan News365.az-a verilən məlumata görə, qatarlar qeyd olunan tarixlərdə hər gün Bakıdan və Qəbələdən yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqindən almaq mümkündür.



Sizin reklam burada
Sizin reklam burada