Niyə Şotland kişilər ətək geyinir? - Əsl səbəb bu imiş... - VİDEO

Niyə Şotland kişilər ətək geyinir? -  Əsl səbəb bu imiş... - VİDEO
20:15

Bu ölkə mükəmməl təbiəti ilə tanınır. Qırmızı saçlı insanlarının cazibəsi bir yana, idman və elm sahəsindəki uğurları, yaşıl təbiəti ilə insanların qəlbini fəth edir. Elə bir ölkədir ki, yerli əfsanələrinin qəhrəmanları əfsanəvi canavarlar, Kişilərin milli geyimi isə yupkadır. Bəli, bura Şotlandiyadır.


Paytaxtı Edinburq olan bu ölkənin əhalisi cəmi 5,5 milyon nəfərdir. Burada qırmızı saç geninə çox tez-tez rast gəlinir. Belə ki, şotlandların təxminən 40%-nin DNT-sində bu gen mövcuddur. Alimlər bu halı günəş işığının az olması ilə əlaqələndirirlər. Şotlandlar bu xüsusiyyəti əyləncəyə çevirərək hər il paytaxt Edinburqda “qırmızılar yürüşü” təşkil edirlər. Bununla yanaşı, Şotlandiyanın dünyaya bəxş etdiyi ixtiraları və bir çox məşhur simaların bu torpaqlardan çıxdığını eşidəndə siz də təəccüblənəcəksiniz.


Bu gün dünya antibiotiklər haqqında geniş məlumata sahibdirsə, bunu bir şotlandiyalı alimə borcludur. Müasir tibbin banilərindən sayılan Alexander Fleming məhz burada doğulub və penisillini kəşf edərək tibb dünyasında inqilab yaradıb. Onun bu kəşfi milyonlarla insanın həyatını xilas edib və özü Nobel Tibb Mükafatına layiq görülüb.


Eyni zamanda, müasir dövrdə əlimizdən düşürmədiyimiz, xüsusilə son 20 ildə böyük inkişaf göstərən telefonun da ixtiraçısı şotlandiyalı Graham Bell olub. Bu da son deyil.


Əgər detektiv janrında serial, film və kitabları sevirsinizsə, mütləq Sherlock Holmes adını eşitmisiniz. Detektiv romanların atası sayılan bu obraz şotland yazıçısı Arthur Conan Doyle-un zəngin təxəyyülünün məhsuludur.


Dünya şöhrətli “Harry Potter” seriyasının böyük hissəsi də Edinburqda yazılıb və yazıçısına milyonlarla dollar qazandırmaqla yanaşı, kino dünyasının unudulmazları sırasına daxil olub.


Digər tərəfdən, bir çoxunun paytaxtla qarışdırdığı, əslində isə Şotlandiyanın ən böyük şəhəri olan Qlazqo həm də futbol diplomatiyasının doğulduğu yerdir. 1872-ci ildə ilk rəsmi beynəlxalq futbol oyunu burada, Şotlandiya ilə İngiltərə arasında baş tutub.


Ana bətnindəki körpənin görüntüsünü əldə etmək üçün istifadə edilən ultrasəs cihazı da ilk dəfə Şotlandiyada tətbiq olunub.


Şotlandiya Böyük Britaniyanın şimalında yerləşir və tarix boyu ingilislərlə ciddi münaqişələr yaşayıb. Bu çətin dövrlərdə önəmli qəhrəmanlardan biri William Wallace olub. Arvadı ingilislər tərəfindən öldürülən və onların təzyiqlərinə boyun əyməyən Villiam xalqı üsyana səsləyib.


Topladığı şotland döyüşçülərlə dəfələrlə İngiltərə ordusunu məğlub edən Wallace sonda əsir düşüb və amansız şəkildə cəzalandırılıb. Baş və bədən üzvləri kəsilərək Britaniyanın müxtəlif yerlərində nümayiş etdirilib. Lakin onun başladığı üsyan nəticəsində Şotlandiya Böyük Müstəqillik Müharibəsində azadlığını qazandı və müasir dövlətin təməli qoyuldu.


Şotlandiya 15-ci əsrə qədər müstəqil olub, 17-ci əsrin əvvəllərində isə Böyük Britaniyanın tərkibinə daxil edilib. Bundan dolayı taxt səlahiyyətləri Şotlandiya kralı tərəfindən İngiltərə kralına ötürülüb. 


Şotlandiya ilə birlikdə Uels, Şimali İrlandiya və İngiltərə Böyük Britaniya Krallığını təşkil edən ölkələrdir. 2014-cü ildə Şotlandiya xalqının 84%-nin iştirak etdiyi bir referendum keçirildi və bu referendumda insanlara Şotlandiyanın müstəqil bir ölkə kimi yoluna davam etməsini, yoxsa Birləşmiş Krallığın bir hissəsi olaraq qalmasını istəyib-istəmədikləri soruşuldu. Tam müstəqillik məsələsinə xalqın 55%-i “xeyr” cavabı verdi və Şotlandiya Birləşmiş Krallığın tərkibində qalmağa davam etdi. 


Gəlin bir az da Şotlandiya xalqının mədəniyyətinə nəzər salaq. Öz mədəniyyətimizlə heç uyğun gəlməyən ənənəvi bir geyimləri var – bu geyimə “kilt” deyilir. Bel hissədən dizə qədər uzanan tək parça və ətək formasında bir geyimdir. Şotlandiyadakı klanların hər biri fərqli rəng və naxışlı kilt geyinir. Keçmişdə Britaniyanın vəhşi təbiətli ərazilərində ov edən ovçular, şalvarlarının tez çirklənməsi səbəbilə ətək geyinməyə başlayıblar və bu geyim nəsildən-nəslə ötürülərək Şotlandiyaya məxsus bir simvola çevrilib. Bu geyimi yalnız xüsusi günlərdə geyinməyi üstün tuturlar.


Həmçinin, şotlandlar dünyaca məşhur rəqqaslardır. Bu səbəbdən rəqslərini ənənəvi geyimləri ilə nümayiş etdirməkdən məmnunluq duyurlar. Festival və tədbirlərdə saysız-hesabsız rəqs növləri və fiqurları görə bilər, heyrətə gələ bilərsiniz. Elə ki, bu ölkədə 10 mindən artıq rəqs növü mövcuddur. Şotlandiya ilə assosiasiya olunan tək şey onların ənənəvi geyimləri deyil.


Onlarla bütövləşmiş, insanın ruhuna toxunan, səsi ilə tük ürpədən, heyrətamiz bir ahəngi olan “gayda” adlı musiqi aləti bu xalqın ən dəyərli mədəni elementlərindən biridir. Bu musiqi alətinin mənşəyinin əslində Asiya olduğu deyilsə də, zamanla Şotlandiya tərəfindən inkişaf etdirilmiş və həmin xalqla tam olaraq eyniləşmişdir. Şotlandiyada olmuş insanlar yaxşı bilirlər ki, bu ölkənin əl dəyməmiş möhtəşəm təbiəti və insanlar tərəfindən pozulmamış saysız-hesabsız adaları var.


Məsələn, “Asılı Daşlar” və “Skara Brae” kimi məkanlar orta əsr atmosferini qoruyub saxlamaq üçün xüsusi diqqətlə mühafizə olunur. Bundan başqa, Şotlandiyada təxminən 300 tarixi qala və şato mövcuddur. Bu qalaların böyüklüyü və yerləşdikləri ərazilər də nəzərə alınarsa, Şotlandiyada hər 160 kilometrə bir qala düşür. Əgər Şotlandiyaya səyahət etsəniz, özünüzü 2021-ci ildə deyil, 1000 il əvvəlin orta əsrlərində yaşayırmış kimi hiss edə bilər və bu ölkədən ayrılmaq istəməyə bilərsiniz. Şotlandiya tam mənasıyla bir tarix cənnətidir. Əgər siz bir səyyahsınızsa və tarixə aşiqsinizsə, orada görəcəyiniz mənzərələr tüklərinizi ürpədə, hətta gözlərinizi yaşarda bilər.


Çünki Şotlandiyanın hər şəhəri insanlıq tarixinin müxtəlif dövrlərini yaşadır. Bəs Şotlandiya insanları ümumiyyətlə necə bir xarakterə sahibdirlər? Çünki əgər bir turist olaraq başqa bir ölkəyə səfər edirsinizsə, orada yaşayan insanlar tərəfindən xoş qarşılanmaq istəyərsiniz. Şotlandiya insanları yaşadıqları coğrafiyanın gözəlliyindən və iqtisadi baxımdan rahat həyat tərzindən irəli gələrək ümumiyyətlə əyləncəli və xoşbəxt insanlardır.


Ancaq onları ön plana çıxaran daha bir xüsusiyyətləri var: Adətən yüksək səslə danışmağı sevirlər. Boş vaxtlarında isə canlı musiqi olan kafelərdə mahnı oxuyur və çox sevdikləri viskidən dadırlar.


Əgər içki içməyi sevirsinizsə və ət yeməkləri mənim üçün əvəzedilməzdirsə deyirsinizsə, Şotlandiya bu mənada da sizə nağıllardakı kimi bir ölkə təsiri bağışlaya bilər. Məsələn, onlar qoyun ətinə olduqca bağlıdırlar. Vegetarianlar üçün isə dəhşətli bir yemək sayılan “Haggis” – bir qoyunun ürəyi, qaraciyəri və ağciyəri ilə hazırlanır, daha sonra bu qarışıq qoyunun mədəsinə doldurularaq qaynadılır. Dini baxımdan isə şotlandlar özlərini xristian kimi görür və belə tanımlayırlar. Lakin aparılan sorğularda heç bir dinə mənsub olmadığını bildirənlərin sayı da az deyil.


Belə ki, bu ölkədə insanların üçdə biri özlərini heç bir dinə yaxın hiss etmirlər. Ölkənin ən məşhur universitetlərindən biri olan Edinburq Universiteti isə yayımladığı elmi məqalələr və iş dünyasına qazandırdığı on minlərlə uğurlu insan sayəsində dünyanın nüfuzlu universitetləri arasında yer alır. Qısası, Şotlandiya hər yönü ilə yaşamaq istəyəcəyiniz nadir ölkələrdən biridir. Yalnız soyuq iqlimi sizi bir az üşüdə bilər.




Sizin reklam burada
Sizin reklam burada