Hərbi ekspert Vaaqn Saroyan diqqət çəkən fikirlər səsləndirib. "Mamul" nəşrinin yaydığı məlumata görə, o, mövcud hakimiyyəti tənqid edərək tarixi Azərbaycan torpaqlarının qaytaılmasından gileylənib.
"Artıq heç kim şübhə etmir ki, bir gün Ermənistan hakimiyyəti Qarabağ məsələsində olduğu kimi Ermənistanı da açıq şəkildə Qərbi Azərbaycan elan edəcək. Bizdə bir presedent formalaşıb. Xatırlayırsınızsa, onlar Qarabağı öz vətənləri hesab edirdilər, üstəlik, "Arsax" (Qarabağa verilən qondarma ad-red.) Ermənistandır və nöqtə" deyə qışqırdılar. Sonra az müddət keçdi ki, Azərbaycanı açıq-aşkar aqressivləşdirdilər. Şübhəniz olmasın ki, bir gün növbə Ermənistana da çatacaq", - o deyib.
Ekspert deyib ki, bu istiqamətdə hərəkətə başlayan Nikol Paşinyan hökuməti çöküş siyasəti ilə erməni millətini qoruyub saxlayan bütün "dəyərləri" və institutları tapdalayıb: "Vətən ideyasını bütün rəmzləri ilə aşağıladı və dəyərsizləşdirdi. Bunlar "Ararat" dağı (Ağrı-red.), Qərbi Ermənistan(?), ümumi erməni tarixi və s. rəmzlərdir. O, qalib erməni ordusunu, erməni zabitini və generalını aşağıladı və gözdən saldı, məhkəmələri öz qanadı altına aldı, cəmiyyətin birliyini parçaladı, hamını bir-birinə qarşı qoyaraq insanları bir-birinə düşmən kəsdi. O, öz sevimli xalqına sən cahilsən, savadsızsan dedi. İndi isə kilsəyə qarşı müharibə elan edib və bütün bunlardan sonra ailə institutunun da növbəti hədəf olmayacağına əminsinizmi? Üstəlik, o, ailə dəyərlərini təhrif edəcək və onu məhv edəcəklər".
Tural