“Newsweek“dən xəbərdarlıq: Ukrayna Ordusu yaxın həftələrdə bəzi mövqelərini itirəcək

“Newsweek“dən xəbərdarlıq:  Ukrayna Ordusu yaxın həftələrdə bəzi mövqelərini itirəcək
24 Apr 2024 13:07

Yaxın həftələrdə Ukrayna ordusu böyük ehtimalla Rusiya Silahlı Qüvvələrinin təzyiqi altında geri çəkilməli olacaq. Bu fikirlər məşhur "Newsweek" saytdında dərc olunan məqalədəndir.

Global Guardian-ın kəşfiyyat məsələləri üzrə analitiki Zev Fayntux bu gözlənilən itkini “daha ​​təhlükəsiz mövqelərə” geri çəkilmək adlandırıb.

Onun fikrincə, cəbhədə yeni hava hücumundan müdafiə sistemləri peyda olsa belə, bu silahlar yalnız Ukrayna Silahlı Qüvvələrinə Rusiya ordusunun irəliləməsini ləngitməyə kömək edəcək. Genişmiqyaslı hücum əməliyyatlarını bərpa etmək üçün Ukraynaya əlavə maliyyə resursları lazımdır.

Ukraynalı analitik Viktor Kovalenko isə bildirib ki, ABŞ-nin ayırdığı 61 milyard dollarlıq yeni yardım paketi Ukrayna Silahlı Qüvvələrinə kömək etsə də, bu, Kiyevin qələbəsini yaxınlaşdırmayacaq. Çünki Ukrayna ordusu aktiv döyüş əməliyyatları aparmaq üçün kifayət qədər canlı qüvvəyə malik deyil.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər