"Neft və Qan"- Hər kəs üçün maraqlı kitab

"Neft və Qan"- Hər kəs üçün maraqlı kitab
11 Apr 2025 09:18
Corc Oruellin "1984" əsəri və rusiyalı araşdırmaçı jurnalist Mixail Zıqarın "Вся кремлёвская рать" kitabı məndə dərin intellektual təəssürat yaratmışdı. Hər iki əsər, obrazlı desək, beynimdə vulkan effekti yaratdı.
2025-ci ilin əvvəlində rus dilinə tərcümə edilən, Bredli Xoup və Castin Şekin geniş araşdırmaya əsaslanaraq qələmə aldıqları "Neft və Qan" (ориг. Blood and Oil) əsəri ilk olaraq adının cəlbediciliyi ilə diqqətimi çəkmişdi. Zaman məhdudiyyəti və kitabın selofan qablaşdırmada olması səbəbilə onun məzmunu ilə yalnız aldıqdan sonra qısaca tanış ola bildim.
Ötən həftə kitabı oxumağa başladım. Artıq ilk səhifələrdən etibarən əsər dərhal özünə cəlb edir, intriqa ilə müşayiət olunan hadisələr isə kitabı birnəfəsə oxumağa vadar edir. Oxunuşdan sonra isə əsərin audio versiyasını dinləməyə başladım.
Kitabda Səudiyyə Ərəbistanının kral ailəsinin daxilində baş verənlər, Vaşinqton–Ər-Riyad xəttindəki diplomatik və siyasi təmaslar, eləcə də ABŞ prezidenti Donald Tramp və ailəsinin kral ailəsi ilə əlaqələri barədə faktlara və şahid ifadələrinə əsaslanan zəngin məlumatlar yer alır.
"Neft və Qan" əsərini xüsusilə Yaxın Şərq siyasəti, geosiyasi münasibətlər və enerji diplomatiyası ilə maraqlanan hər kəsə tövsiyə edirəm.
Aqil Məmmədov, ekspert


Sizin reklam burada
Sizin reklam burada