Çin ABŞ-a meydan oxuyur: Esminesləri İrana göndərdi

Çin ABŞ-a meydan oxuyur: Esminesləri İrana göndərdi
30 Yan 2026 11:58

Çin ordusuna məxsus 055 və 052D tipli bir neçə ağır esmines Haynan bazasından İran sularına göndərilib.

News365.az xəbər verir ki, bu barədə İranın “Bartarinha” saytı məlumat yayıb.

Bunun bazar günü İran, Çin və Rusiyanın birgə keçirəcəyi hərbi dəniz təlimləri ilə bağlı olduğu bildirilib.

Bəzi ekspertlər isə ABŞ donanmasının bölgədə olması ilə üst-üstə düşən bu hərəkəti Pekinin Tehrana dəstəyinin nümunəsi hesab edirlər.


Sizin reklam burada
Sizin reklam burada