Nazirlik qan duruldan dərmanların qəbulu ilə bağlı xəbərdarlıq edib

Nazirlik qan duruldan dərmanların qəbulu ilə bağlı xəbərdarlıq edib
17 Apr 2024 23:05

Səhiyyə Nazirliyinin mütəxəssisi qan duruldan dərmanların qəbulu ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Nazirliyin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib ki, əhali arasında 40 yaşdan sonra infarktın qarşısını almaq üçün qan duruldan dərman vasitələrinin qəbul edilməsi ilə bağlı yanlış fikir var:

“Qan duruldan dərmanlardan müəyyən xəstəliklərin müalicəsi zamanı istifadəsi tövsiyə edilə bilər. Lakin bu, yalnız həkim tövsiyəsi ilə olur. İstər qan duruldan, istər vitamin, istərsə də digər dərman vasitələrinin həkim məsləhəti olmadan qəbulu yolverilməzdir”. (Pravda.az)


Youtube kanalımız

Oxşar xəbərlər