Naxçıvanda minik avtomobili yanıb

Naxçıvanda minik avtomobili yanıb
10:18

Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Naxçıvan şəhərində "Mersedes-benz" markalı minik avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

News365.az xəbər verir ki, nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğından mühafizə bölmələri yanğını söndürüblər.

Hadisə nəticəsində avtomobilin baqaj hissəsi yanıb, digər hissələri yanğından mühafizə olunub.


Sizin reklam burada
Sizin reklam burada