İsveç NATO-nun ambisiya tramplininə çevrilir - Rusiya

İsveç NATO-nun ambisiya tramplininə çevrilir - Rusiya
28 May 2025 09:55

Rusiyanın Stokholmdakı səfiri Sergey Belyaev RİA Novosti agentliyinə müsahibəsində diqqət çəkən fikirlər səsləndirib. O, İsveçi NATO-nun ambisiyalarını həyata keçirmək üçün tramplin adlandırıb.


Diplomatın sözlərinə görə, Rusiya Stokholmun alyansda iştirakını nəzərə alaraq lazımi nəticələr çıxaracaq. Belyaev İsveçin “cilovsuz hərbiləşdirilməsi” xəttini xatırladəb ki, bu da hazırkı hökumətin sələflərinin uzunmüddətli səylərini şübhə altına alır.

"Bütün bunlar İsveçin bitərəf dövlət statusunu itirməsinə dəlalət edir və onu NATO-nun militarist ambisiyalarının həyata keçirilməsi üçün tramplinə çevirir", - səfir qeyd edib.

Xatırladaq ki, İsveç 2024-cü il martın 7-də NATO-ya üzv olub.

Bundan əvvəl “The Wall Street Journal” NATO-nun İsveçin Qotland adasında HIMARS zenit-raket komplekslərinin təlim atışlarını həyata keçirdiyini yazmışdı.



Tural


Sizin reklam burada
Sizin reklam burada