Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətini ballistik raketlə vurublar. Bu barədə “İznanka” Telerqam kanalı öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd edilib ki, bölgəyə “İskəndər” raketi atılıb və Ukrayna Silahlı Qüvvələrinin (VSU) obyekti sıradan çıxarılıb. Obyekt VSU komandirləri ilə NATO zabitlərinin olduğu bunker imiş.
"İtkilərə gəldikdə isə 40 ukraynalı hərbçi ölüb", - nəşr yazıb.
Ötən gün Ukraynanın Sumı şəhərində partlayış baş verməsi barədə məlumatlar yayılmışdı.
Bundan əvvəl Ukraynanın “Strana.ua” nəşri Sumı vilayətində infrastruktur obyektində yanğının baş verdiyini yazmışdı. Yanğının artıq söndürüldüyü bildirilir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural