Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib? - FOTOLAR

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib? -  FOTOLAR
14 Apr 2024 18:06

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub.

Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. 

Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğun bilən istifadəçilər qiyməti ilə maraqlanıblar. 

Libas ümumilikdə 1 200-1 300 manata başa gəlib.

Gəlinlik yerli atelyelərdən birində Sevil üçün özəl hazırlanıb və kirayə verilib. Kirayə haqqı 550 AZN olan libasın satış qiyməti isə 1 600 AZN-dir. 

Qeyd edək ki, bu gün Sevilin Türkiyədə oğlan toyudur. 

 


Youtube kanalımız

Oxşar xəbərlər