Naftalanda sanatoriyada Özbəkistan vətəndaşının meyiti tapılıb

Naftalanda sanatoriyada Özbəkistan vətəndaşının meyiti tapılıb
12 İyl 2025 22:23

Naftalan şəhərində yerləşən sanatoriyalardan birində 37 yaşlı kişinin meyiti aşkarlanıb.

News365.az xəbər verir ki, hadisə sanatoriyada qeydə alınıb. Məlum olub ki, vəfat edən şəxs Özbəkistan Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Z.Kafarovdur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə, Z.Kafarov ürək tutmasından dünyasını dəyişib.

Məlumata əsasən, o, Özbəkistandan Naftalana istirahət məqsədilə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada