Muzdluların ölümü ilə bağlı dəhşətli iddia

Muzdluların ölümü ilə bağlı dəhşətli iddia
12 Apr 2025 09:15

Ukraynada öldürülmüş kolumbiyalı muzdlu əsgər Conatan Martinez Vilyadanın bacısı Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən əcnəbilərin taleyinə Ukrayna hakimiyyətinin biganəliyindən gileylənib.

Qadın Rusiya mediasına açıqlamasında bildirib ki, Conatan 7 nəfərlik muzdlu dəstənin tərkibində Ukraynaya gedibmiş. Üzləşdiyi maliyyə çətinlikləri ona hərbi əməliyyatlarda iştirak etmək üçün motivasiya olub.

Ailənin Conatanla əlaqəsi fevralın 11-də kəsilib. Kolumbiyalı döyüşçünün əsgər yoldaşı onlara deyib ki, 11 gün döyüş mövqeyində qaldıqdan sonra Ukrayna Silahlı Qüvvələri komandanlığından heç kim addım atılmayıb, muzdluları cəbhə xəttindən geri çəkmək istəməyiblər.

"Onları taleyin ümidinə buraxıblar. Vəziyyət xaotik idi və qrup üzvləri bir-birinin ardınca ölürmüş", - Karolina bildirib.

O, əlavə edib ki, öldürülən muzdluların cəsədləri döyüş meydanında qalıb və Kiyev onları tapıb ailələrinə təhvil verməyə cəhd etməyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada