“Müxalifət sözdə Paşinyanı satqınlıqda ittiham etsə də...“- Politoloqdan açıqlama

“Müxalifət sözdə Paşinyanı satqınlıqda ittiham etsə də...“-  Politoloqdan açıqlama
24 Apr 2024 14:34

"Ermənistanın radikal müxalifətinin baş nazir Nikol Paşinyanın 4 kəndi Azərbaycana qaytarması qərarına müqavimət göstərməsinə taqəti qalmayıb".

Politoloq Elxan Şahinoğlu bunui News365.az-a açıqlamasında deyib.

"Müxalifət sözdə Paşinyanı satqınlıqda ittiham etsə də, İrəvanda izdihamlı etiraz mitinqi keçirmək iqtidarında deyil. Cəmiyyət yorulub. Tavuş bölgəsində kiçik miqyaslı etirazlar bir neçə gündən sonra səngiyəcək. Ermənistan cəmiyyətinin əksər hissəsi Paşinyan kimi düşünür və Azərbaycanla məsələlərin həllini istəyir. Bu arada, Ermənistan prezidenti Vaaqn Xaçaturyan Nikol Paşinyanın əlini gücləndirib. Prezident Ermənistan hökumətinin Azərbaycanla son razılaşmasını alqışlayıb"- deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər