Ötən
gün “Bakuelectronics” MMC-dən şikayət- Müştəri 4 aydır incidilir” başlı
yazı dərc etmişdik. Yazıda “Bakuelectronics” MMC -dən şikayətçi olan Binəqədi rayonu, Abay Kunanbayev küçəsi,
ev 62, mən 24-də yaşayan Rzayeva Reyhan Qəzənfəz qızının fikirləri yer
almışdı.
News365.az-a müraciətində o bildirmişdi ki, 05.07.2024 tarixdə
“Bakuelectronics” MMC-dən qızı Ələsgərova Könül Faiq qızının adına
kreditlə və 1 illik zəmanətlə paltaryuyan alıb. Lakin bir neçə ay sonra
paltaryuyanda ciddi nöqsan aşkarlanıb. Lakin, satıcı şirkət öz öhdəliyini
pozaraq nə paltaryuyanı geri qaytarmır, nə də ki, onu yenisi ilə əvəz etmir.
Məsələ
bilə bağlı “Bakuelectronics” MMC-yə sorğu göndərdik. Müştəri məmnuniyyət şöbəsindən
redaksiyamıza dakil olan cava məktubunda deyilir:
“Məhsul
Ələsgərova Könül Faiq qızı adınadır. Zəhmət olmasa, müştəri WhatsApp nömrəmiz
vasitəsilə biziə geri dönüş və məhsulda
aşkarlanan problemi detallı şəkildə izah etsin. Həmçinin, servis mərkəzinə nə
zaman müraciət etdiyini və müvafiq sənədləri WhatsApp üzərindən göndərməsini
xahiş edirik. Qeyd edək ki, Könül xanımın sorğusu sistemimizdə mövcud deyil”.