Müharibə veteranlarına ŞAD XƏBƏR: 80 manat artırılır – Deputat MƏBLƏĞİ açıqladı

Müharibə veteranlarına ŞAD XƏBƏR: 80 manat artırılır –  Deputat MƏBLƏĞİ açıqladı
16 Apr 2024 09:25

Son günlər müzakirə olunan məsələlərdən biri də müharibə veteranlarının müavinətinin 80 manat olmasıdır. İstər ictimaiyyət, istərsə də veteranlar hazırda ödənilən 80 manatın az olduğunu bildirirlər.

Görəsən, müharibə iştirakçılarının aldığı müavinət artırılacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Siyavuş Novruzov deyib ki, bəzən bir çoxları təqaüdlə müavinəti qarışdırır.

O, veteranların aldığı 80 manatın təqaüd deyil, müavinət olduğunu qeyd edib:

 “Keçmişdə müharibə iştirakçıları ictimai nəqliyyatdan ödənişsiz istifadə edirdilər, işıqpulu ödəmirdilər. Sonra özəl sektorların inkişafı ilə əlaqədar dövlət veteranlara müəyyən miqdarda vəsait ayırdı ki, onlar özləri ödəniş etsinlər. Ona görə də təxminən 200 minə yaxın müharibə iştirakçısı 80 manat müavinət alır. Hətta onlar haradasa çalışsa, əlavə gəliri olsa belə, yenə həmin pulu alırlar. İnsanlar birdəfəlik bilməlidirlər ki, o məbləğ veteranlara yaşayış üçün deyil, kommunal və nəqliyyat xərcləri üçün verilir. Amma buna baxmayaraq, biz yenə də bu məbləğin artırılmasının tərəfdarıyıq”.

Deputat deyib ki, nəqliyyat və kommunal xərclər artdığı üçün veteranların da müavinətləri artırılacaq:


Youtube kanalımız

Oxşar xəbərlər