"Bloomberg" rusiyalı milyarderlərlə bağlı maraqlı məlumat yayıb. Nəşr Bloomberg Milyarderlər İndeksinə istinadən yazıb ki, Rusiyanın ən böyük iş adamlarının sərvəti 2025-ci ilin əvvəlindən 22,5 milyard dollar artıb.
Sərvət artımında lider Norilsk Nikel şirkətinin prezidenti Vladimir Potanin olub. O, ilin əvvəlindən kapitalını 3,82 milyard dollar artıraraq 31,7 milyard dollara çatdırıb. “Metalloinvest”in səhmdarı Əlişir Usmanov da varidatına təxminən eyni məbləği əlavə edib: onun kapitalı 3,7 milyard dollar artaraq 16,9 milyard dollara çatıb.
Kapitalda ən böyük azalma “Monako” futbol klubunun sahibi Dmitri Rıbolovlevdə qeydə alınıb. Onun sərvəti 1,77 milyard dollar azalıb və hazırda 9,21 milyard dollar təşkil edir.
Qeyd edək ki, "Bloomberg" 2012-ci ildən Milyarderlər İndeksini dərc edir. Siyahı özündə dünyanın 500 ən varlı adamı haqqında məlumatları ehtiva edir. Reytinq, digər məsələlərlə yanaşı, şirkətlərin səhmlərinin bazar dəyəri əsasında hesablanır.
Tural