Müharibə 100 günə dayanacaq? - Ekspert "reallıq fərqlidir" deyir

Müharibə 100 günə dayanacaq? - Ekspert "reallıq fərqlidir" deyir
12:28

"Amerika Birləşmiş Ştatları yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimindən sonra 100 gün ərzində Ukrayna müharibəsinə son qoymaq istəyir. Lakin istək və reallıq tamamilə fərqli şeylərdir”.

Bunu “Strategy XXI” Qlobal Araşdırmalar Mərkəzinin təhlükəsizlik proqramlarının rəhbəri Pavel Lakiyçuk “Novosti.Live”in efirində deyib.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra 100 gün ərzində Ukraynada müharibəni dayandırmaq istədiyi barədə bəyanatı ilə bağlı sualı cavablandıran Lakiyçuk məsələyə elə sualla cavab verib. O, qeyd edib ki, aprelin 30-dan əvvəl bunu etmək və müharibəni dayandırmaq realdırmı?

 "Trampın gələndən sonra, nizam-intizamı bərpa edəcəyi və müharibənin dayanacağı ilə bağlı eyni gözləntilərə çox şübhə ilə yanaşıram".- o bildirib.

Ekspert həmçinin Trampla yanaşı Putin amilini də önə çəkib: “Müharibənin dayanması üçün başqa bir siyasətçiyə də ehtiyac var. Hətta ona siyasətçi də deyə bilmirəm. Yəni Ukraynaya qarşı müharibəni dayandırmaq fikrində olmayan başqa bir varlığın (Rusiya prezidenti Vladimir Putini nəzərdə tutur – red.) istəyi lazımdır. Onun aqressiyanını dayandırmaq niyyəti yoxdur”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız